Azərbaycan neftinin qiyməti 68 dolları ötüb İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 68 dolları ötüb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,09 ABŞ dolları və ya 1,62% artaraq 68,22 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 67,13 ABŞ dolları təşkil edib.