

Mayın 14-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.64% – 42,140.43 bəndədək azalıb, S&P 500 indeksi 0.72% – 5,886.55 bəndədək, Nasdaq indeksi isə 1.61% – 19,010.09 bəndədək artıb.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında mayın 14-də FTSE 100 indeksi 0.02% – 8,602.92 bəndədək azalıb, Almaniyanın DAX indeksi 0.31% – 23,638.56 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.30% – 7,873.83 bəndədək artıb.
Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.02% artaraq 1.1187 dollar təşkil edib.