I rübdə Azərbaycana 1.7 mlrd. dollarlıq qızıl idxal edilib - Siyahı İqtisadiyyat

I rübdə Azərbaycana 1.7 mlrd. dollarlıq qızıl idxal edilib - Siyahı

2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana 1 milyard 703.7 milyon ABŞ dolları dəyərində 18 min 941.9 kiloqram qızıl idxal edilib.

“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ölkəyə gətirilən qızılın 1 kiloqramının orta idxal qiyməti 89 min 650.7 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ilin ilk 3 ayında Azərbaycanda qızıl istehsalı 749.4 kq təşkil edib. Bu dövrdə Azərbaycandan İsveçrəyə 65 milyon 218.3 min ABŞ dolları dəyərində 1014.2 kq emal olunmamış qızıl ixrac edilib. Bu məhsulun 1 kiloqramının orta ixrac qiyməti isə 64 min 305.2 ABŞ dolları təşkil edib.

Aşağıdakı cədvəldə bu ilin I rübündə Azərbaycana idxal edilən qızılın ölkələr üzrə həcmi və orta idxal qiymətləri verilib:

Ölkələr Qızılın həcmi Qızılın dəyəri. Min ABŞ dolları
Rusiya 4416,04 kq 403 255,41
Avstraliya 3353,93 kq 290 123,54
Böyük Britaniya 2189,22 kq 198 272,24
Meksika 2007,11 kq 174 711,79
Kanada 1375,07 kq 129 773,39
Çin 1173,72 kq 108 207,58
Almaniya 1012,1 kq 90 445,28
Türkiyə 959,78 kq 88 713,07
Braziliya 896,79 kq 81 970,85
Özbəkistan 481,75 kq 45 139,78
İsveçrə 394,21 kq 32 073,57
Amerika Birləşmiş Ştatları 298,64 kq 26 232,93
Çinin xüsusi inzibati rayonu Honkonq 171,77 kq 15 384,9
Cənubi Afrika Respublikası 100,48 kq 9 233,64
İspaniya 48,16 kq 4 252,43
Yaponiya 37,88 kq 3 552,22
Rumıniya 13,12 kq 1 224,06
Zimbabve 12,2 kq 1 133,44

Əlavə edək ki, ölkəyə qızıl idxalı dedikdə, qızıldan yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər nəzərdə tutulur.