Azərbaycanda ictimai iaşə dövriyyəsi 18% artıb İqtisadiyyat

Azərbaycanda ictimai iaşə dövriyyəsi 18% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 764 milyon manat olub.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 17,7% çoxdur.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1%-i hüquqi şəxslərin, 48,9%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

Dörd ayda hüquqi şəxslər üzrə dövriyyə illik müqayisədə 17,6% artaraq 386,6 milyon manat olub.