

Mayın 15-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.65% – 42,322.75 bəndədək, S&P 500 indeksi 0.41% – 5,916.93 bəndədəkartıb, Nasdaq indeksi isə 0.18% – 19,112.32 bəndədək azalıb.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında mayın 15-də FTSE 100 indeksi 0.57% – 8,633.75 bəndədək, Almaniyanın DAX indeksi 0.72% – 23,695.59 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.21% – 7,853.47 bəndədək artıb.
Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.21% artaraq 1.1210 dollar təşkil edib.