İslam İnkişaf Bankı Qrupunun 10 illik strateji fəaliyyət planı hazırlanıb İqtisadiyyat

İslam İnkişaf Bankı Qrupunun 10 illik strateji fəaliyyət planı hazırlanıb

İslam İnkişaf Bankı Qrupunun 10 illik strateji fəaliyyət planı hazırlanıb.

Bu barədə APA-nın Əlcəzairə ezam olunmuş əməkdaşı xəbər verir.

2026 - 2035-ci illəri əhatə edəcək plan bankın göstərilən dövrədək olan institusional strateji yanaşmasını özündə ehtiva edir.

Sənəd həmçinin, İslam İnkişaf Bankının insanın fərdi inkişafındakı mühüm rolunu və bu sahədə tətbiq etdiyi strategiyanı da müəyyən edir.

Sənəddə bankın 2024-cü il ərzindəki fəaliyyətinə də toxunulub.

Bildirilib ki, İslam İnkişaf Bankı göstərilən dövr ərzində təqribən 9 milyard dollar həcmində layihəni maliyyələşdirib ki, bunun da 2 milyardı kənd təsərrüfatı, 1,5 milyard dolları nəqliyyat, 918 milyon dollarlıq maliyyələşmə isə enerji sahəsindəki layihələrin payına düşür.