

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 3 min 299,3 ton qaymaq və xama istehsal edilib.
Xalqcebhesi.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,9 % azdır.
Hesabat dövründə ölkədə pendir və kəsmik istehsalı illik müqayisədə 3,6 % azalaraq 17 min 487,7 tona çatıb.
Mayın 1-nə respublikada 0,2 ton qaymaq və xama ehtiyatı, 100,1 ton isə pendir və kəsmik ehtiyatı yaranıb.
Xatırladaq ki, 4 ayda Azərbaycanda 1 milyard 778,1 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 12,5 % çoxdur.