Azərbaycan və Gürcüstan beynəlxalq dəhlizlərin səmərəli fəaliyyətini müzakirə ediblər İqtisadiyyat

Azərbaycan və Gürcüstan beynəlxalq dəhlizlərin səmərəli fəaliyyətini müzakirə ediblər

Gürcüstanda səfərdə olan "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “Gürcüstan Dəmir Yolları” SC-nin yeni təyin edilmiş baş direktoru Laşa Abaşidze ilə nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.

ADY-dən "APA-Economics"ə verilıən məlumata görə, görüşdə Azərbaycan və Gürcüstan ərazisindən keçən beynəlxalq dəhlizlərin səmərəli fəaliyyətinin təmin edilməsi və Şərq-Qərb-Şərq daşımalarının təkmilləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Tərəflər Orta Dəhlizlə daha çox yükün daşınması üçün səylərin artırılmasını və Bakı–Tbilisi–Qars dəmiryol xəttinin bu baxımdan əhəmiyyətini xüsusi vurğulayıb.