

"Şahdəniz Kompressiya" layihəsinin quraşdırılacağı platforma Azərbaycanda tikiləcək.
"APA-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell bildirib.
Onun sözlərinə görə, platformada 4 iri kompressor tikiləcək ki, onlar ”Şahdənniz" qaz-kondensat yatağında aşağı təzyiqli qazları toplamağa imkan verəcək.
Qordon Birrəl onu da əlavə edib ki, platforma tam elektriklə işləyəcək və bu da emissiyaları demək olar ki 0-a endirəcək.