Bakıda BMT Turizmin Avropa Regional Komissiyanın 71-ci iclası keçirilir İqtisadiyyat

Bakıda BMT Turizmin Avropa Regional Komissiyanın 71-ci iclası keçirilir

Bu gün Bakıda BMT Turizmin Avropa Regional Komissiyanın 71-ci iclası işinə başlayıb.

"APA-Economics" xəbər verir ki, Avropa Regional Komissiyasının üzvü olan 38 Avropa ölkədən 150-ə yaxın rəsmi nümayəndənin iştirakı ilə keçirilən tədbirdə təşkilatın 2024-2025-ci illər üzrə fəaliyyətinə dair hesabatlar dinləniləcək, Baş Assambleya, müxtəlif komitələr və işçi qruplar üzrə müxtəlif seçkilər, o cümlədən İcraiyyə Şurasına seçkilər baş tutacaq.

Qeyd edək ki, Avropa Regional Komissiyası üzrə İcraiyə Şurasının üzvlüyünə ayrılmış 5 yer üzrə Azərbaycanla yanaşı, Qazaxıstan, Moldova, Sloveniya, Fransa, Ermənistan, Rumıniya, Xorvatiya və Yunanıstan kimi ölkələr tərəfindən 2025-2029-cu illər üçün namizədlik irəli sürülüb.

Tədbirin ikinci günündə “Təkandan Yüksəlişə: Turizmdə İqlim Dəyişikliklərinə Qarşı Fəaliyyətin COP29-dan Sonra İrəliləməsi” mövzusunda tematik konfrans keçiriləcək.