Mərkəzi Bank: 2025-2026-cı illərdə cari əməliyyatlar hesabı profisitli olacaq İqtisadiyyat

Mərkəzi Bank: 2025-2026-cı illərdə cari əməliyyatlar hesabı profisitli olacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci və 2026-cı illərdə tədiyə balansının cari hesabının profisitli olacağı proqnozunu dəyişməyib.

"APA-Economics” xəbər verir ki, bu barədə AMB-dən bildirilib.
Qeyd edilib ki, xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Dövlət Gömrük Komitəsinin məlumatına görə 2025-ci ilin 4 ayında da xarici ticarət balansında müsbət saldo qeydə alınıb. AMB ümumilikdə cari əməliyyatlar hesabının profisitli olacağı proqnozunu dəyişməz saxlayıb.