

11 İyul 16:12
11 İyul 13:56
“Naxçıvanda yaşıl enerji konsepsiyasının yaradılması ilə bağlı ilkin təkliflər Boston Konsaltinq şirkəti tərəfindən təqdim edilib. Biz onları hökumətə təqdim edəcəyik”.
"APA-Economics" xəbər verir ki, bunu APA TV-yə müsahibəsində energetika nazirinin müavini Orxan Zeynalov deyib.
O bildirib ki, Naxçıvanda yaşıl enerjinin texniki potensialı 21-29 gigavat, iqtisadi potensialı 5,7-7 gigavat qiymətləndirilib və əsas günəş enerjisi ilə bağlıdır. Naxçıvanda radiasiya səviyyəsinin yüksəl olduğunu nəzərə alsaq, bu, həqiqətən də böyük rəqəmlərdir.
Orxan Zeynalov əlavə edib ki, Naxçıvanda yaşıl gücləri yaradıldıqdan sonra Türkiyəyə ixracı nəzərdə tutulub. “Bu istiqamətdə interkonnektorlarla bağlı bir neçə variant nəzərdən keçirilir. 0,5 gigavat, 1 gigavat, 1,5 gigavat və 3 gigavata qədər ixrac ssenarilərini baxılır. Türkiyə tərəfi ilə birgə müvafiq texniki qruplarda baxılır”.