

Bu ilin ilk yarısında Azərbaycanın xarici ticarət dövriyyəsi 24,4 milyard ABŞ dollarına bərabər olub.
“APA-Economics” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Ölkənin ticarət dövriyyəsi son bir ildə 12,1% artıb.
Xarici ticarət dövriyyəsinin 12,88 milyard ABŞ dolları ixracın, 11,52 milyard ABŞ dolları isə idxalın payına düşüb.
Müvafiq olaraq son 1 ildə ixrac 0,2 % azalıb, idxal isə 29,9 % artıb.
Ümumilikdə xarici ticarətdə müsbət saldo isə 3 dəfə azalaraq 1,36 milyard dollara enib.