Türkiyə-Naxçıvan dəmir yoluna 2,4 milyard avro DƏSTƏK İqtisadiyyat

Türkiyə-Naxçıvan dəmir yoluna 2,4 milyard avro DƏSTƏK

Türkiyə ilə Naxçıvanı əlaqələndirən Qars-İğdır-Aralık-Dilucu Dəmiryolu layihəsi üçün 2,4 milyard avroluq xarici maliyyə təmin edilib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Uraloğlu ayırılan maliyyənin Türkiyənin iqtisadi proqramına beynəlxalq etimadın nümayişi olduğunu vurğulayaraq Nəqliyyat və İnfrastruktur Nazirliyinin Türkiyənin logistik gücünü artıracaq və beynəlxalq rəqabətdə yüksəldəcək infrastruktur layihələrini qətiyyətlə həyata keçirməyə davam etdiyini qeyd edib.