

1 Avqust 19:13
1 Avqust 13:23
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
1 iyul tarixinə Azərbaycanın xarici dövlət borcu 5,01 milyard ABŞ dolları və ya 8,52 milyard manat təşkil edib.
"APA-Economics" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Hökumətin xarici borc portfelində ən böyük pay Asiya İnkişaf Bankına (AİB) məxsusdur – bu qurumdan cəlb edilmiş borclar 1,75 milyard dollar və ya 2,97 milyard manat həcmində olub və ümumi portfelin 34,9%-ni təşkil edib.
İkinci yerdə avroobligasiya investorlarıqərarlaşıb – onların payına 1,39 milyard dollarvə ya 2,36 milyard manat (27,7%) düşüb. Üçüncü ən böyük kreditor isə Dünya Bankıdır – 738,6 milyon dollar və ya 1,26 milyard manat həcmində borc ilə portfeldəki payı 14,7%-dir.
Daha sonra İslam İnkişaf Bankı (245,4 milyon dollar), Avropa Yenidənqurma və İnkişaf Bankı (232,1 milyon dollar), Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (189,3 milyon dollar) və Asiya İnfrastruktur və İnvestisiya Bankı (124,1 milyon dollar) gəlir.
Bundan əlavə, müxtəlif digər beynəlxalq və ikitərəfli mənbələrdən cəlb edilmiş kreditlərin həcmi 405,1 milyon dollar və ya 688,6 milyon manat olub.