

19 Avqust 19:07
19 Avqust 18:59
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Azərbaycan (BBB-/Sabit) və Ermənistan (BB-/Sabit) arasında imzalanmış sülh çərçivə sazişi hərtərəfli razılaşmaya doğru müsbət addım hesab olunur və hərbi toqquşmaların yenidən başvermə riskini azaldır.
"APA-Economics" xəbər verir ki, bu barədə “Fitch Ratings” Beynəlxalq Agentliyi məlumat yayıb.
Agentliyin açıqlamasına görə, razılaşma tərəflərin sovet dövrü sərhədlərini qəbul etməsini, silah gücündən istifadədən imtinanı və Azərbaycanın Naxçıvanla Ermənistan ərazisindən “maneəsiz əlaqə” əldə etməsini nəzərdə tutur.
“Fitch” həmçinin qeyd edir ki, sazişin imzalanması qısamüddətli dövrdə ölkələrin reytinqlərinə təsir etməyəcək. Lakin orta müddətdə ticarətin genişlənməsi və iqtisadi artım üçün müsbət imkanlar yarada bilər.