

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 109 milyon 735,96 min ABŞ dolları dəyərində 76 min 286,16 ton pambıq lifi (mahlıc) ixrac edilib.
Xalqcebhesi.az Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 13,2 %, həcmi isə 7,4 % azalıb.
Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında pambıq lifinin payı 5,89 % təşkil edir.
İyulda isə ölkədən 9 milyon 496,55 min ABŞ dolları məbləğində 6 min 744,57 ton pambıq lifi ixrac edilib ki, bu da bir il öncəki göstəriciyə nisbətən müvafiq olaraq 7,4 % və 6,9 % çoxdur.
Bu ilin 7 ayında Azərbaycan xarici ölkələrlə 28 milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25 % çoxdur. Xarici ticarət dövriyyəsinin 15 milyard 227 milyon ABŞ dolları ixracın, 13 milyard 614,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,4 % azalıb, idxal isə 26,15 % artıb.