Azərbaycanın sürətli poçt və kuryer göndərişlərindən gəlirləri son 5 ildə 4 dəfədən çox artıb İqtisadiyyat

Azərbaycanın sürətli poçt və kuryer göndərişlərindən gəlirləri son 5 ildə 4 dəfədən çox artıb

2024-cü ildə Azərbaycanda sürətli poçt və kuryer göndərişlərindən 26,43 milyon manat gəlir əldə olunub.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən 43 % çoxdur.

Hesabat dövründə kuryer göndərişlərindən alınan gəlir 20 % artaraq 4,2 milyon manat təşkil edib.

Son 5 ildə sürətli poçt və kuryer göndərişlərindən gəlirlər 4,5 dəfə, o cümlədən kuryer göndərişlərindən – 3 dəfə artıb.

Ötən il 246,5 min kiloqram həcmində 1 milyon 519,6 ədəd sürətli poçt göndərilib. Bunun 1 milyon 408,3 ədədi sənəd tərkibli, 111,3 min ədədi isə mal tərkibli göndərişlər olub.