

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin nümayəndə heyəti Beynəlxalq Valyuta Fondunun (BVF) təşkilatçılığı ilə Qazaxıstanın Almatı şəhərində keçirilən “2025-ci il Milli Hesablar Sistemi (SNA) və Tədiyə Balansı üzrə Beynəlxalq Standartların 7-ci nəşri (BPM7)” üzrə yüksək səviyyəli dəyirmi masada iştirak edib.
Nazirlikdən bildirilib ki, beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən tədbirin əsas məqsədi yeni beynəlxalq statistik standartların tətbiqinə hazırlıq, bu istiqamətdə ölkələrarası əməkdaşlığın gücləndirilməsi və qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi olub.
Görüşdə yeni statistik standartların tətbiqi üzrə beynəlxalq təcrübələr, maraqlı tərəflərin prosesə effektiv cəlb olunması, resursların və infrastrukturun planlaşdırılması, eləcə də məlumatların yayım strategiyasının hazırlanması istiqamətində geniş fikir mübadiləsi aparılıb. Müzakirələr ölkələr arasında təcrübə mübadiləsinin dərinləşdirilməsinə, milli statistika sistemlərinin gücləndirilməsinə və beynəlxalq hesabatlılıqda şəffaflığın artırılmasına mühüm töhfə verib.