27 Avqust 2025 16:40
2 527.jpg)
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Şabran şəhərində yol hərəkətinin təhlükəsizliyinin artırılması və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlanma işləri aparılıb.
AYNA-dan verilən məlumata görə, şəhərin Heydər Əliyev prospekti, 20 Yanvar, M.Ə.Rəsulzadə və Ağalar Mirzə küçələrində, ümumilikdə 33 kilometr ərazidə üfüqi nişanlanma xətlərinin yenilənməsi həyata keçirilib.
Bununla yanaşı, sözügedən ərazilərdə 16 nizamlanmayan piyada keçidi yenilənib və müvafiq yol nişanları quraşdırılıb.
Qeyd edək ki, yol nişanlanma işləri mərhələli şəkildə digər bölgələr üzrə də davam etdiriləcək.
25 Mart 16:20
1 050
25 Mart 16:19
1 211
25 Mart 14:05
1 407

.jpg)

