Kamçatkada güclü zəlzələ baş verib Dünya

Kamçatkada güclü zəlzələ baş verib

Kamçatkanın şərq sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqatlar Mərkəzinin Kamçatka filialının Teleqram kanalında məlumat verilib.

Alimlərin məlumatına görə, zəlzələ avqustun 27-də Kamçatka vaxtı ilə saat 15:49-da qeydə alınıb.

Zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 276 kilometr aralıda, ocağı isə 66,8 kilometr dərinlikdə yerləşib.

Kamçatkanın məskunlaşdığı ərazilərdə yeraltı təkanlar 3 bala qədər intensivliyə çatıb.

Məryəm Quliyeva