“Tənzilə Rüstəmxanlı: Sülh prosesi başlayıb”
27 Noyabr 22:39
27 Noyabr 22:39
27 Noyabr 21:12
27 Noyabr 20:55
27 Avqust 13:16
2 583
Azərbaycanla ABŞ arasında Vaşinqtonda imzalanan sənəd əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır.
Bu barədə “Report”un sorğusuna cavab olaraq ABŞ-nin Azərbaycandakı səfirliyindən bildirilib.
Vurğulanıb ki, ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Azərbaycan və Ermənistan arasında onilliklərdir davam edən münaqişəyə son qoymaq üçün tarixi bir razılaşma üzrə danışıqlar aparıb:
“Həmin gün ABŞ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılmasına dair Anlaşma Memorandumu (MOU) imzalandı. Bu sənəd ABŞ və Azərbaycan arasında daha sıx iqtisadi əlaqələrin qurulmasına xidmət edəcək. Bu hadisə ölkələrimiz arasında iqtisadi və kommersiya əməkdaşlığının yeni bir mərhələsinin başlanğıcını göstərir”.
Qeyd edək ki, ABŞ biznes nümayəndə heyətinin sentyabrın 7-9-da Azərbaycana səfəri planlaşdırılır.
27 Noyabr 20:29
987
27 Noyabr 18:55
1 015
27 Noyabr 17:36
1 239