Bu il Azərbaycana sürətli pul köçürmələri ilə 1 milyarda yaxın vəsait daxil olub İqtisadiyyat

Bu il Azərbaycana sürətli pul köçürmələri ilə 1 milyarda yaxın vəsait daxil olub

2025-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 990.2 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 280.9 milyon manata bərabər olub.

"APA-Economics”in Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən apardığı hesablamalara görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 6.4% və ya 68 milyon manat, banklardan xaricə köçürmələr isə 7.3% və ya 22.1 milyon manat azalıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 58.2 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 303 milyon manat təşkil edib.