Azərbaycanda pul bazası 3%-ə yaxın artıb İqtisadiyyat

Azərbaycanda pul bazası 3%-ə yaxın artıb

Azərbaycanda pul bazası bu il sentyabr ayının 1-nə 21 milyard 121.8 milyon manata bərabər olub.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, son bir ayda pul bazası 0.57 % və ya 121.8 milyon manat azalıb.

İllik müqayisədə isə pul bazası 2,8% və ya 571.8 milyon manat artıb.