DVX xətti ilə dövlət büdcəsinə daxilolmalar 3%-ə yaxın artıb İqtisadiyyat

DVX xətti ilə dövlət büdcəsinə daxilolmalar 3%-ə yaxın artıb

2025-ci ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 11 561,1 milyon manat təşkil edib.

“APA-Economics” xəbər verir ki, bu mənbədən vergi daxilolmaları proqnozdan 592,1 milyon manat və ya 5,4 faiz çox icra edilib.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.9% artıb.

Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə 15,5 milyard manat köçürülməsi proqnozlaşdırılır.