

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Qapalı hərraclar uzunmüddətli perspektivdə dövlət istiqrazları bazarının sağlam inkişafı üçün risklər formalaşdırır.
“APA-Economics”in məlumatına görə, bu barədə Hesablama Palatasından bildirilib.
Palata qeyd edir ki, qapalı hərraclar qısamüddətli likvidlik idarəçiliyi baxımından müəyyən fayda versə də, uzunmüddətli perspektivdə borc bazarının sağlam inkişafı üçün risklər formalaşdırır. Belə ki, qapalı hərracların tətbiqi bazara yeni investorların daxil olmasını məhdudlaşdırır. Bu isə investor bazasının genişlənməsinə və bazarın dərinləşməsinə mane olur.
Hesabatda o da vurğulanır ki, qapalı hərraclar nəticəsində dövlət istiqrazlarının yerləşdirilməsində rəqabət zəifləyir. Açıq hərraclarda formalaşan şəffaf qiymət mexanizmi bazar üçün daha əlverişli hesab edilir.
Bundan başqa, qapalı hərracların üstünlük təşkil etməsi istiqraz bazarında likvidlik imkanlarını azaldır. Yəni, dövriyyədə olan istiqrazların alqı-satqısı məhdudlaşır və bazar iştirakçılarının çevikliyi zəifləyir.
Palata hesab edir ki, qapalı hərracların geniş tətbiqi borc portfelinin şaxələnməsi potensialını da zəiflədir. Bu isə uzunmüddətli maliyyə sabitliyi üçün risk amili yaradır.
Hesablama Palatası əlavə edib ki, dövlət borcunun idarə olunmasında şəffaflığın və bazar mexanizmlərinin gücləndirilməsi üçün açıq hərracların payı artırılmalıdır.