Azərbaycanla Çinin Ningbo limanı arasında əməkdaşlıq üçün işçi qrupu yaradılacaq İqtisadiyyat

Azərbaycanla Çinin Ningbo limanı arasında əməkdaşlıq üçün işçi qrupu yaradılacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Çinin Zhejiang vilayətinin vitse-qubernatoru Ke Ji Xinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“APA-Economics” xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün “X” hesabında bildirib.
“Görüşdə nəqliyyat, logistika, Orta Dəhlizin inkişafı və bu istiqamətdə daşımaların perspektivləri məsələlərini müzakirə etdik. Həmçinin logistika dəhlizlərinin rəqəmsallaşdırılması barədə fikir mübadiləsi apardıq. Eyni zamanda Zhejiang vilayətində yerləşən Ningbo limanı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında avtomatlaşma və rəqəmsallaşma sahəsində əməkdaşlığın qurulması üçün işçi qrupunun yaradılması məsələsini razılaşdırdıq”- nazir əlavə edib.