

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Bakı-Tbilisi-Qars dəmir yolunun yük daşıma potensialı 2034-cü ilə qədər 17 milyon tona qaldırılacaq.
APA xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin Strateji araşdırmalar Mərkəzinin şöbə müdiri Turhan Dilmaç Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Beyin Mərkəzləri Forumunun 13-cü toplantısının “Avrasiya konnektivliyinin gücləndirilməsi” sessiyasında deyib.
Orta Dəhliz barədə danışan XİN rəsmisi bu dəhlizin Avropa və Çin arasında ticarətin inkişafına gətirib çıxaracağını, Türkiyənin bu prosesdə mühüm rol oynayacağını vurğulayıb.
O əlavə edib ki, Orta Dəhlizin potensialının gücləndirilməsi üçün Türkiyə Azərbaycan və Mərkəzi Asiya ilə əlaqələrini daha da möhkəmləndirəcək.