Azərbaycan Çinlə dəmir yolu əlaqələrinin genişləndirilməsi üzrə strateji təşəbbüsləri müzakirə edib İqtisadiyyat

Azərbaycan Çinlə dəmir yolu əlaqələrinin genişləndirilməsi üzrə strateji təşəbbüsləri müzakirə edib

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) "Bakı Beynəlxalq Dəniz Limanı" MMC ilə Çin Dəmir Yolu Konteyner Daşımaları Korporasiyasının törəmə müəssisəsi olan "CRCT Qazaxıstan" beynəlxalq logistika şirkəti arasında Çinlə Azərbaycan arasında dəmir yolu əlaqələrinin genişləndirilməsi üzrə strateji təşəbbüslər müzakirə olunub .

Bu barədə "Report"-a ADY-dən məlumat verilib.

Bildirilib ki, bu müzakirələr "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktoru Eldar Salahovun beynəlxalq logistika şirkətinin baş direktoru Day Hanşenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən aparılıb.

Görüş zamanı ikitərəfli əməkdaşlığı gücləndirmək, potensial əməkdaşlıq sahələrini araşdırmaq müzakirə olunub.

Həmçinin görüşdə tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi, nəqliyyat və logistika sektorlarında qarşılıqlı artım və inkişaf üçün yeni imkanlarının müəyyənləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Sonda qonaqlar Bakı Limanının terminalları, texniki imkanları və əməliyyat prosesi ilə tanış olublar.