Sülh və inteqrasiya: Paşinyanın strateji mesajı
24 Dekabr 23:50
24 Dekabr 23:50
24 Dekabr 23:48
24 Dekabr 23:23
23 Sentyabr 11:01
2 205
Çin Azərbaycanda nəqliyyat-logistika, təmiz enerji və ağıllı layihələrə investisiya yatıra bilər.
APA xəbər verir ki, bunu Çinin Dənizaşırı İnkişaf Asossiasiyasının prezidenti He Zenvei Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.
“Mənimlə birlikdə Çindən Azərbaycana 20 şirkət gəlib. Onların əksəriyyəti özəl sektorlardır və Azərbaycanda investisiya imkanlarını araşdırırlar. Düşünürəm ki, bu forumun keçirilməsi çox vacibdir və Azərbaycanda daha çox investisiya cəlb etməkdə kömək edəcək. Çində özəl şirkətlər çox fəaldır və Azərbaycan bundan istifadə etməlidir”- He Zenvey qeyd edib.
O, ölkəmizdə Çinin investisiya üçün daha çox əhəmiyyət verdiyi sahələrə də toxunub.
“Çin əvvəllər daha çox neft-qaz sektoruna investisiyalar yatırırdı. İndi isə qeyri-neft sektoruna daha çox önəm verir. Bu da Azərbaycan üçün olduqca vacibdir, çünki Azərbaycan haqlı olaraq öz qeyri-neft sektorunu inkişaf etdirməyə çalışır. Bizim burada əsas prioritetlərimiz nəqliyyat-logistika sahəsi, təmiz enerji (külək, günəş) və ağıllı layihələrdir (ağıllı şəhər, bina və.s) ki, bu sahələrin Azərbaycanda inkişaf potensialı var”- Çinin Dənizaşırı İnkişaf Asossiasiyasının prezidenti He Zenvei bildirib.
24 Dekabr 23:38
1 141
24 Dekabr 11:28
1 365
24 Dekabr 10:14
1 365