Fariz Cəfərov: Şirkətlərin ağıllı sənayeyə hazırlıq səviyyəsini diaqnostika edirik İqtisadiyyat

Fariz Cəfərov: Şirkətlərin ağıllı sənayeyə hazırlıq səviyyəsini diaqnostika edirik

Şirkətlərin ağıllı sənayeyə hazırlıq səviyyəsini diaqnostika edirik. Eyni zamanda, qlobal bacarıq boşluğuna görə 2030-cu ilə qədər dünyada 85 milyon iş yeri boş qalacaq və bu, təxminən 8,5 trilyon ABŞ dolları itki yaradacaq.

“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov deyib.

“Bütün bu çağırış və imkanları nəzərə alaraq, biz hesab edirik ki, “Sənaye 4.0” yanaşması Azərbaycan şirkətləri üçün böyük imkanlar aça bilər”, - deyə o əlabə edib.

F.Cəfərov Azərbaycan istehsalat şirkətlərini dəstəkləmək üçün bu proqramı başladıqlarını bildirib:

“Çünki transformasiya dəyişiklik deməkdir. Dəyişiklik etmək üçün yeni bacarıqlara, yeni institusional struktura və yeni texnologiyalara ehtiyac var. Biz alüminium istehsalı, qızıl hasilatı ilə məşğul olan “Azərgold”, boru istehsalı və digər sektorlarda fəaliyyət göstərən bir sıra şirkətlərə səfər etdik. Hazırda onların vəziyyətini öyrənirik və gələcəkdə nə etməli olduqlarını müəyyənləşdiririk. Proqram çərçivəsində şirkətlərin biznes prosesləri, texnologiya və institusional tərəfdən ağıllı sənayeyə hazır olma səviyyəsi diaqnostika olunur. Sonra biz onlara rəqəmsal inkişaf və rəqəmsal dəstək proqramı təqdim edirik, yol xəritəsi veririk və həmin xəritəyə əsasən şirkətlər dəyişikliklərə başlayırlar”.