15:19
686
İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Livanın cənubundakı altı ərazidə şiə "Hizbullah" hədəflərinə hücum edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Al Jadeed" telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, şiə döyüşçülərinin dağıdılmış hərbi infrastrukturu bərpa etməyə çalışdıqları yerlərə raket zərbələri endirilib. Beysariyə, Deyr-Zəhrani, Zifta, İzza, Rumin və Ən-Numeyri yaşayış məntəqələri yaxınlığında güclü partlayışlar baş verib.
İsrail təyyarələri Livanın hava məkanında qalır və Litani çayının şimalındakı Vadi əl-Xumin vadisi və İqlim əl-Tuffah təpələri üzərində intensiv uçuşlar həyata keçirir. İsrail ordusunun sözçüsü Avichai Edri ərəb dilində X-ə verdiyi açıqlamada günün ilk yarısında hava hücumlarında yeraltı sığınacaqların, sursat anbarlarının və raket atıcılarının məhv edildiyini bildirib.
Hərbi nümayəndənin qeyd etdiyi kimi, "Hizbullahın" zərbələr üçün seçilmiş hədəflərdə fəaliyyəti İsrail və Livan arasında atəşkəs razılaşmasının pozulmasıdır.
Məryəm Quliyeva