İsrail qüvvələri Livana hava hücumları həyata keçirib Dünya

İsrail qüvvələri Livana hava hücumları həyata keçirib

İsrail 27 noyabr 2024-cü ildə əldə edilən atəşkəs razılaşmasına baxmayaraq Livana hücumlarını davam etdirir.

Xalqcebhesi.az xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail döyüş təyyarələri Nəbatiyyədəki Numeyriyyə və Homin vadilərini əhatə edən əraziyə bir sıra hücumlar həyata keçirib.

Digər tərəfdən, İsrailin pilotsuz uçuş aparatlarının (PUA) Nəbatiyyə şəhərləri üzərində intensiv uçuşlar həyata keçirdiyi bildirilib.

Livan hakimiyyəti hələlik hücumlar və ya hər hansı bir itki ilə bağlı heç bir açıqlama verməyib.

İsrail ordusu yazılı açıqlamasında Livanın cənubunda hava hücumu həyata keçirdiyini açıqlayıb. Hücumun "qrupun əvvəllər istifadə etdiyi Hizbullah raket buraxılış məntəqələri və strukturları"nı hədəf aldığı bildirilir.

Məryəm Quliyeva