İnvestisiya şirkətlərinin xalis mənfəəti 70%-ə yaxın azalıb İqtisadiyyat

İnvestisiya şirkətlərinin xalis mənfəəti 70%-ə yaxın azalıb

2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2025-cü ilin ilk yarısı ərzində investisiya şirkətlərinin xalis mənfəəti 67% (2.9 mln.manat) azalaraq 1.5 mln. manat olub.

Bu barədə Xalqcebhesi.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edilib ki, investisiya şirkətlərinin xalis mənfəətində azalmanı şərtləndirən əsas amillər artan haqq və komissiya, əmək haqqı və sosial xərclər, habelə, inzibati xərclər olub.

Məlumata görə, 2024-cü ilin sonu ilə müqayisədə investisiya şirkətlərinin aktivləri 23% (42 mln. manat) azalaraq 140 mln. manat, öhdəlikləri isə 33% (42 mln. manat) azalaraq 86 mln. manat təşkil edib. İnvestisiya şirkətlərinin aktiv və öhdəliklərindəki azalmanı şərtləndirən əsas amil yüklü maliyyə aktivlərinin (repo/əks-repo əməliyyatları) həcminin azalması olub.