
“Regionda davamlı sülh üçün…”-ekspert
7 Oktyabr 14:00
7 Oktyabr 14:00
7 Oktyabr 13:16
Azərbaycan və Slovakiya kibertəhlükəsizlik üzrə əməkdaşlıq imkanlarını müzakirə edib
AQTA ötən ay İmişlidə toyda baş verən kütləvi zəhərlənmənin səbəbini açıqlayıb
Çin, Türkiyə və BƏƏ şirkətləri ABŞ Ticarət Nazirliyinin “qara siyahısı”na salınıb
Azərbaycan III MDB Oyunlarını medal sıralamasında ikinci pillədə başa vurub
2025-ci ilin oktyabr ayının 1-nə Azərbaycan üzrə uçotda olan 1.653.132 vergi ödəyicisinin 86,9 faizi fiziki şəxs, 13,1 faizi hüquqi şəxs və digər təşkilatlar olub.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,5, hüquqi şəxslərin sayı 7,2 faiz artıb.
Oktyabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 200.806 vahid təşkil edib.
2025-ci ilin yanvar-sentyabr aylarında 10.724 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 88,5 faizi (9491) yerli investisiyalı, 11,5 faizi (1233) xarici investisiyalıdır.
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,9 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.
Kommersiya qurumlarının 85 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 96,3 faiz təşkil edib.