Azərbaycanın bir sıra maliyyə institutları ilə tərəfdaşlığı müzakirə edilib İqtisadiyyat

Azərbaycanın bir sıra maliyyə institutları ilə tərəfdaşlığı müzakirə edilib

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarında iştirak çərçivəsində bir sıra maliyyə institutları ilə görüşüb.

“APA-Economics” xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov “X” sosial şəbəkə hesabında bildirib.

“Abu-Dabi Kommersiya Bankı, “Mizuho Bank”, “UBS”, Nyu-York Federal Ehtiyatlar Sistemi kimi maliyyə qurumları ilə keçirilən görüşlərdə qlobal makroiqtisadi vəziyyət, Azərbaycanın maliyyə sektorunun cari trendləri və inkişaf perspektivləri, həmçinin maliyyə sektorları arasında tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub” - deyə paylaşımda qeyd edilib.