Dövlət Neft Fondunun gəlirləri 12%-dən çox azalıb İqtisadiyyat

Dövlət Neft Fondunun gəlirləri 12%-dən çox azalıb

2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirləri 13 milyard 116.1 milyon manat, xərcləri isə 10 milyard 895 milyon manat təşkil edib.

Bu barədə Maliyyə Nazirliyindən bildirilib.

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ARDNF-nun gəlirləri 12.6% azalıb, xərcləri isə 13.1% artıb.

Xatırladaq ki, hesabat dövründə ARDNF-dan büdcəyə transfertlər 10 milyard 860.8 milyon manat təşkil edib.