IsDB-nin 2026-cı il üzrə İllik Yığıncaqlarına hazırlıq missiyası Bakıda işə başlayıb İqtisadiyyat

IsDB-nin 2026-cı il üzrə İllik Yığıncaqlarına hazırlıq missiyası Bakıda işə başlayıb

2026-cı il 16–19 iyun tarixlərində keçiriləcək İslam İnkişaf Bankı (IsDB) Qrupunun İllik Yığıncaqlarına erkən və optimal hazırlıqlar çərçivəsində 5–9 oktyabr 2025-ci il tarixlərində birinci hazırlıq missiyası işə başlayıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Bankdan bildirilib. Qeyd edilib ki, İslam İnkişaf Bankı Qrupunun baş katibi Riyad Raqubun rəhbərlik etdiyi çoxtərəfli komanda Azərbaycan iqtisadiyyat nazirinin müavini Saməd Bəşirli, iqtisadiyyat nazirinin müşaviri və illik yığıncaqlar üzrə milli koordinator Əsgər Ələkbərov, həmçinin hökumətin yüksək vəzifəli nümayəndələri ilə görüşüb.

Görüşdə tədbirin uğurla və yüksək səviyyədə təşkil olunması üçün vacib təşkilati məsələlər ətraflı müzakirə edilib.