Parlamentin komitə sədri: Gələn il manatın məzənnəsinin sabit qalacağı gözlənilir İqtisadiyyat

Parlamentin komitə sədri: Gələn il manatın məzənnəsinin sabit qalacağı gözlənilir

Gələn il manatın məzənnəsinin sabit qalacağı gözlənilir.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Azər Əmiraslanov deyib.

Komitə bildirib ki, iqtisadiyyatımızda müşahidə edilən ciddi struktur dəyişiklikləri büdcə zərfində də görünür.