Növbəti il cari xərclərin 68%-dən çoxu sosial yönümlü xərclərin payına düşəcək İqtisadiyyat

Növbəti il cari xərclərin 68%-dən çoxu sosial yönümlü xərclərin payına düşəcək

Növbəti il üçün cari xərclərin əsas hissəsi (68.1%) məhz sosial yönümlü xərclərin payına düşəcək.

Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsində maliyyə nazirinin müavini Himalay Məmişov deyib.

Nazir müavini bildirib ki, 2026-cı ildə sosialyönlü xərclərə 17,1 milyard manat və ya dövlət büdcəsi xərclərinin 41,1 faizi həcmində vəsait ayrılacaq. Bu, 2025-ci illə müqayisədə 213,0 milyon manat və ya 1,3 faiz çoxdur. Həmin xərclərin 89,7 faizi və yaxud 15,4 milyard manatı əməyin ödənişi və sosial təminat xərclərin payına düşməklə son 5 ildə (2022-2026-cı illər) 4,4 milyard manat və ya 39,6 faiz artıb: “Sosial müdafiə və sosial təminat xərclərinə növbəti il üçün 4,9 milyard manat vəsait ayrılacaqdır. Bu cari ilə nisbətən 121,0 milyon manat və ya 2,6 faiz, ötən ilə nisbətən 722,0 milyon manat və ya 17,4 faiz çoxdur. Həmin vəsaitin 3,2 milyard manatı və ya 65,3 faizi sosial ödənişlərin və digər sosial təminat xərclərinin payına düşür”.