09:06
630
Noyabrın 5-də ABŞ və Avropa fond bazarlarında əsas indekslər artım müşahidə edilib.
"APA-Economics" xəbər verir ki, ABŞ-da Dow Jones Industrial Average indeksi 0,48% artaraq 47 311 bəndə yüksəlib. S&P 500 indeksi 0,37% artımla 6 796 bənd, Nasdaq Composite isə 0,65% artaraq 23 499 bənd olub. NYSE Composite indeksi 0,37%, S&P/TSX Composite isə 1,09% dəyər qazanıb.
Avropada da müsbət dinamika müşahidə olunub. Euro Stoxx 50 indeksi 0,16%, FTSE 100 indeksi 0,64%, DAX indeksi 0,42%, CAC 40 indeksi 0,08%, IBEX 35 indeksi isə 0,39% artıb.
Artım tendensiyası investorların ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini sabit saxlayacağı gözləntiləri və iqtisadi aktivliklə bağlı müsbət siqnallarla izah olunur.