11:30
616
2025-ci ildə vergi və gömrük güzəştləri və azadolmaların həcmi 7.7 milyard manat təşkil edib.
APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı komitə sədri Azər Əmiraslanov deyib.
Azər Əmiraslanov bildirib ki, bu, 2025-ci ildə proqnozlaşdırılan büdcə gəlirlərinin təxminən 20%-nə bərabərdir: “Dövlət tərəfindən güzəştlər müəyyən edilərkən mülkiyyət növü üzrə heç bir ayrı seçkilik edilmir”.