Azərbaycanda 10 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
Pakistanın Aİ-dəki səfiri: Zəfər Gününü Azərbaycanla birlikdə qeyd edirik - EKSKLÜZİV
Türkiyə MN: F-16-larımız Bakıda keçiriləcək hərbi paradda iştirak edəcək
Paşinyan II Qareginin qardaşını KQB-yə işləməkdə ittiham edib
Bu il Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri 61 %-dən çox artıb
11:16
560
Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışının əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə əlaqədar yeni şərt müəyyənləşir.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Vergi Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azaddır.
Layihəyə əsasən, tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi, eyni zamanda boya və qaynaq mərhələləri üzrə texnoloji əməliyyatların yerinə yetirilməsi şərtilə Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2027-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad olacaq.
O cümlədən Azərbaycan Respublikasının ərazisində istehsal olunan yük avtomobillərinin satışı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə yük avtomobillərinin ehtiyat hissələrinin idxalı 2026-cı il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad ediləcək.