Azərbaycanın maliyyə təhlükəsizliyi yastığı 1.8 dəfə artıb İqtisadiyyat

Azərbaycanın maliyyə təhlükəsizliyi yastığı 1.8 dəfə artıb

"Ölkəmizin maliyyə təhlükəsizliyi yastığı, strateji valyuta ehtiyatları 2018-ci illə müqayisədə 2025-ci ilin 1 oktyabr tarixinə olan göstəricilərə görə, 1.8 dəfə artıb".

APA xəbər verir ki, bunu Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.

O bildirib ki, bu, cari göstərici üzrə gözlənilən ÜDM səviyyəsindən çoxdur: "Bu, çox vacib göstəricidir".