Azərbaycanın AEBA ilə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi müzakirə olunub
Qarabağ və Şərqi Zəngəzurda pensiya və sosial yardım alanların sayı açıqlanıb
Gürcüstan Azərbaycan-Ermənistan sülh sazişinin yaxın gələcəkdə imzalanacağına ümid edir
İnternetdə qumar oyunu təşkil edən mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilib
14:54
588
“Tarixi, mədəni, dini, linqvistik və etnik yaxınlıqlar nəzərə alınaraq, iki ölkə xalqları arasında qarşılıqlı səfərlərə böyük və davamlı maraq müşahidə olunur ki, son illərin statistik göstəriciləri bu faktı təsdiqləməkdədir”.
Bunu İran İslam Respublikasının Azərbaycandakı yeni səfiri Müctəba Dəmirçilu APA-ya müsahibəsində deyib.
Səfirin sözlərinə görə, turizmin hərtərəfli inkişafı üçün xalqların bir-birini daha yaxından tanıması ilə yanaşı, vətəndaşların gediş-gəlişinin sadələşdirilməsi əsas və zəruri şərtdir.
Diplomat qeyd edib ki, səyahət vaxtı və xərclərin optimallaşdırılması və azaldılması turizmin inkişafının əsas təkanverici amillərindəndir: “Bu məqsədlə İran Azərbaycan vətəndaşları üçün viza tələbini ləğv edib və onlar heç bir əlavə çətinlik olmadan İrana səfər edə bilirlər.
Bundan əlavə, bu yaxınlarda iki ölkə arasında birbaşa aviareyslərin bərpası reallaşdırılıb və gələcəkdə iki ölkənin müxtəlif şəhərlərinə uçuşların sayının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Həmçinin ümidvarıq ki, quru sərhədlərinin tam şəkildə açılması iki ölkə vətəndaşları arasında qarşılıqlı səyahətlərin sadələşdirilməsinə və genişlənməsinə şərait yaradacaq”.