“Qarabağ klanı Ermənistanda revanşist prosesləri gücləndirir”
15 Dekabr 21:55
15 Dekabr 21:55
15 Dekabr 21:39
15 Dekabr 21:37
15 Dekabr 21:36
17 Noyabr 13:26
1 680
Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına (WTDC-25) ilk dəfə olaraq ev sahibliyi etməyimiz heç də təsadüfi deyil.
“APA-Economics” xəbər verir ki, bunu Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) çərçivəsində keçirilən mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov deyib.
Nazir müavini qeyd edib ki, bu, ölkəmizin telekommunikasiya və innovasiya sahələrində artan nüfuzunun, həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqı ilə uzunmüddətli, effektiv və etibarlı tərəfdaşlığın məntiqi nəticəsidir:
“Azərbaycan bir çox nüfuzlu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. WTDC25-in Bakıda keçirilməsi Azərbaycanın telekommunikasiya sektorundakı nailiyyətlərinə və İKT sahəsində qlobal əməkdaşlığa verdiyi töhfələrə verilən bir qiymətdir.
Rəqəmsal sahədə etibarlı tərəfdaş kimi mövqeyimiz güclənməkdə davam edir. Ölkəmiz İTU-nun müxtəlif komissiyalarında və işçi qruplarında aktiv rol oynayır və güclü təşəbbüsləri ilə tanınır. Məhz bu fəal iştirak və qlobal telekommunikasiya gündəminə verdiyimiz töhfə kimi böyük beynəlxalq tədbirin — WTDC-nin — Bakı şəhərində keçirilməsini mümkün etdi”.
15 Dekabr 18:19
833
15 Dekabr 17:54
1 001
15 Dekabr 17:30
1 022