Azərbaycan 6 ölkə ilə diplomatik və xidməti pasport sahiblərini vizadan qarşılıqlı azad edir
Çin və ABŞ liderləri arasında konstruktiv telefon danışığı olub
Pakistanda Hindistanın dəstəklədiyi 22 yaraqlı zərərsizləşdirilib
Bakıda MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası işə başlayıb
"Abşeron" yatağı üzrə növbəti investisiya qərarı gələn il veriləcək
10:46
595
"Azərbaycan bankları COP29 çərçivəsində dayanıqlı layihələrə artıq 330 milyon manat ayırıb".
"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. O deyib ki, ölkənin bank sektoru COP29-da elan etdiyi “dayanıqlı maliyyə öhdəliyi” çərçivəsində 2030-cu ilə qədər yaşıl və dayanıqlı layihələrin inkişafına iki milyard manat həcmində vəsait ayırmağı öhdəsinə götürüb. Onun sözlərinə görə, təkcə 2025-ci ilin birinci yarısında artıq 330 milyon manat, yəni öhdəliyin 17%-i, səfərbər edilib.
AMB sədri qeyd edib ki, bu investisiya bank sektorunun yalnız iqtisadi məsuliyyətləri deyil, həm də ekoloji dayanıqlılıq və sosial məsuliyyət üzrə öhdəliklərini yerinə yetirməyə sadiqliyini nümayiş etdirir.
Taleh Kazımov əlavə edib ki, AMB COP29-un iqlim fəaliyyətinə dair gündəliyinə töhfə vermək məqsədilə həm milli, həm də beynəlxalq səviyyədə başlıca təşəbbüslərin həyata keçirilməsində aparıcı mövqedə qərarlaşıb. Bu məqsədlə Mərkəzi Bank 15-dən çox dövlət və özəl müəssisə ilə əməkdaşlıq çərçivəsində hazırlanmış “Yaşıl taksonomiya” sənədini COP29-dan əvvəl təsdiqləyib. Sənədin qəbulu ölkədə yaşıl və dayanıqlı layihələrin maliyyələşdirilməsini səfərbər etmək baxımından mühüm mərhələ hesab olunur.
AMB eyni zamanda beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq çərçivəsində “Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyinin inkişafına dair Yol Xəritəsi” təşəbbüsünü təqdim edib.
Kazımovun sözlərinə görə, bu təşəbbüslər COP29-un gündəliyinə maliyyə sektorunun sistemli və məqsədyönlü töhfəsini təmin edir.