Yaponiyada ardıcıl zəlzələlər baş verib
25 Noyabr 14:38
25 Noyabr 14:38
25 Noyabr 14:23
25 Noyabr 13:19
25 Noyabr 11:28
10:21
259
Asiya İnkişaf Bankı (ADB) Asiya və Sakit okean regionunda enerji keçidini sürətləndirmək üçün yeni regional texniki yardım proqramını təsdiqləyib.
"APA-Economics" xəbər verir ki, Proqramda Azərbaycanla yanaşı Monqolustan, Filippin və Tayland da iştirak edir. Təşəbbüs smart şəbəkələr, bərpa olunan enerji inteqrasiyası və təmiz enerji texnologiyalarının tətbiqinin genişləndirilməsini hədəfləyir.
ADB layihə çərçivəsində 4 milyon ABŞ dolları maliyyə ayırıb. Proqram ölkələrdə enerji sistemlərinin modernləşdirilməsi üçün ilkin araşdırmalar, texniki qiymətləndirmələr və gələcək layihələrin hazırlanması ilə bağlı dəstək göstərəcək. Bu çərçivədə həmçinin, Azərbaycanın enerji keçidi, smart infrastruktur və dayanıqlı enerji həlləri üzrə yeni imkanlar müəyyən olunacaq.
Tədbirlər həm dövlət sektorunda, həm də özəl təşəbbüslərdə müasir texnologiyaların tətbiqinə yardım etməyi nəzərdə tutur. ADB bildirir ki, proqram regionda aşağı karbonlu və iqlimədavamlı inkişafın sürətləndirilməsinə xidmət edəcək. Layihə 24 noyabr 2025-ci ildə təsdiqlənib və yaxın vaxtlarda icraya başlanacağı gözlənilir.