Azərbaycan sığorta bazarı bu il 13% böyüyüb İqtisadiyyat

Azərbaycan sığorta bazarı bu il 13% böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda sığorta bazarı üzrə yığımlar 1 milyard 255 milyon 973 min manat təşkil edib.

“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 12,8% çoxdur.

Bu dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 772 milyon 602 min manat təşkil edib. Bu isə illik müqayisədə 24,1 % çoxdur.

Qeyd edək ki, hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,5 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 55,9 manat olub.