Honq-Konqda yaşayış kompleksində baş verən yanğında ölənlərin sayı 55-ə çatıb
Krım körpüsünü partladan 3 erməni və daha 5 nəfər ömürlük azadlıqdan məhrum edilib
Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini barəsində qərar verilib
Prezident İlham Əliyev “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak edib
“Şimal-Cənub Dəhlizi regionda əsas nəqliyyat-logistika arteriyasına çevrilə bilər”
12:11
483
Azərbaycan və İordaniya arasında siyasi münasibətlər yüksək səviyyədə olsa da, iqtisadi göstəricilər bu səviyyəni əks etdirmir.
"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan–İordaniya Hökumətlərarası Komissiyasının 4-cü iclasında çıxış edən Komissiyanın İordaniya tərəfindən həmsədri, sənaye, ticarət və təchizat naziri Yarub Qudah deyib.
Nazir İordaniya və Azərbaycan arasında çox böyük iqtisadi potensialın mövcud olduğunu, lakin hazırkı ticarət dövriyyəsinin real imkanlardan xeyli aşağı qaldığını vurğulayıb.
Yarub Qudah növbəti komissiya iclasının Ammanda keçirilməsinin və paralel olaraq biznes-forum təşkil olunmasının əməkdaşlığı sürətləndirəcəyini deyib. O, xüsusilə dərman istehsalı sahəsində tərəfdaşlığın gücləndirilməsi üçün birgə investisiya modeli təklif edib:
“İordaniyada istehsal olunan məhsulların Azərbaycanda istehsal prosesinin yekunlaşdırılması və region bazarlarına çıxışı təmin edilə bilər”.
Nazir həmçinin, Azərbaycan şirkətlərinin Suriya bərpa prosesində iştirakını önəmli sayaraq, bu istiqamətdə birgə fəaliyyətin böyük imkanlar yaradacağını qeyd edib.
İordaniyalı nazir turizmin də əsas potensial istiqamətlərdən biri olduğunu, hazırkı göstəricilərin çox aşağı qaldığını və ikinci yarımildə tərəflərin bu sahəyə xüsusi diqqət ayırmalı olduğunu bildirib.
12:30
399
12:13
448
10:56
728